Universal Davranış Kodeksi/İcra Təlimatları

This page is a translated version of the page Policy:Universal Code of Conduct/Enforcement guidelines and the translation is 98% complete.
Outdated translations are marked like this.
Universal Davranış Kodeksi

1. UCoC İcra Təlimatları

Bu İcra Təlimatlarında cəmiyyətin və Vikimedia Fondunun, Universal Davranış Kodeksinin (UCoC) hədəflərinə necə çata biləcəkləri təsvir edilir. Bura digər mövzularla birlikdə, aşağıdakılar daxildir: UCoC-un anlaşılmasının təşviq edilməsi, zorakılıqların qarşısını almaq üçün proaktiv işdə iştirak edilməsi, UCoC zorakılıqları ilə bağlı müvafiq iş üçün prinsiplərin hazırlanması və yerli icra strukturlarına dəstək verilməsi.

UCoC Vikimedianın bütün onlayn və oflayn məkanlarına şamil edilir. Buna görə də UCoC-un icra edilməsi ortaq məsuliyyətdir. Mərkəzsizləşdirmənin hərəkət prinsipinə uyğun olaraq, UCoC mümkün olan ən uyğun yerli səviyyədə tətbiq edilməlidir.

İcra Təlimatları UCoC-un qərəzsiz və uyğun şəkildə həyata keçirilməsi üçün əsas yaradılmasını nəzərdə tutaraq, cari və gələcək icra strukturlarının qarşılıqlı əlaqəsi üçün çərçivəni təmin edir.

1.1 UCoC İcra Təlimatlarının tərcümələri

UCoC İcra Təlimatlarının ilkin versiyası ingilis dilindədir. O, Vikimedia layihələrində istifadə edilən müxtəlif dillərə tərcümə ediləcək. Vikimedia Fondu tərcümələrin düzgün olmasını təmin etmək üçün hər cür səy göstərəcək. İngilis dilindəki və tərcümə edilmiş mətn arasında məna fərqi ortaya çıxarsa, qərarlar ingilis dilindəki versiyaya əsaslanacaq.

1.2 UCoC İcra Təlimatları və UCoC-un icmalı

Qəyyumlar Şurasının tövsiyəsinə əsasən, İcra Təlimatlarının ratifikasiyasından bir il sonra Vikimedia Fondu UCoC-un İcra Təlimatları və UCoC üzrə icma ilə məsləhətləşmə təşkil edəcək və onların nəzərdən keçirilməsini həyata keçirəcək.

2. Profilaktik iş

Bu bölmənin hədəfi Vikimedia icması və əlaqədar şəxslərin təlimatlarla təmin edilməsidir ki, onlar UCoC barədə məlumatlı olsunlar, onu tam anlasınlar və ona əməl etsinlər. Bu məqsədlə, bu bölmədə UCoC barədə məlumatlılığın artırılması, UCoC-un tərcümələrinin diqqətə alınması, uyğun və ya zəruri olan halda UCoC-a könüllü əməl etmənin təşviq edilməsi ilə bağlı tövsiyələr ətraflı təsvir ediləcək.

2.1 UCoC-un elan edilməsi və təsdiqlənməsi

UCoC Vikimedia layihələri ilə qarşılıqlı əlaqədə olan və onlara töhfə verən hər kəsə şamil edilir. O, həmçinin rəsmi tədbirlərə və Vikimedianın ümumdünya layihələri üzrə əməkdaşlıq üçün davranışın ilkin şərti olaraq, üçüncü tərəf platformalarındakı müvafiq məkanlara şamil edilir.

Biz UCoC-un, Vikimedianın İstifadə şərtlərinə əlavə edilməsini tövsiyə edirik.

Bundan əlavə, aşağıda qeyd edilən şəxslər UCoC-a əməl etdiklərini təsdiqləməlidirlər:

  • Vikimedia Fondunun bütün işçiləri və podratçılar, Qəyyumlar Şurasının üzvləri, Vikimedia tərəfdaşlar şurasının üzvləri və işçiləri;
  • Vikimedia tərəfdaşının hər hansı nümayəndəsi və ya Vikimedia ilə tərəfdaşlığa başlayanlar (araşdırma şəraitində viki məkanında olan və ya olmayan, Vikimedianın sponsorluq etdiyi tədbir, qrup, tədqiqatı təşviq etməyə və/və ya onlarla əməkdaşlıq etməyə çalışan şəxs və ya şəxslər qrupu kimi (lakin bunlarla məhdudlaşmayan)); və
  • Vikimedia Fondunun əmtəə nişanından aşağıda qeyd edilən tədbirlərdə (lakin bunlarla məhdudlaşmayan) istifadə etmək istəyən istənilən şəxs: Vikimedia əmtəə nişanlarının loqolarından istifadə edilən tədbirlər (onları tədbirlərin adlarına daxil etməklə) və Vikimedia təşkilatı, icması, yaxud layihəsinin tədbirdə (təqdimatçı və ya stend operatoru kimi, lakin bunlarla məhdudlaşmayan) təmsil edilməsi.

2.1.1 UCoC barədə məlumatlılığın təşviq edilməsi

Məlumatlılığı yaxşılaşdırmaq üçün aşağıdakı məkanlarda UCoC-a giriş keçidləri verilməlidir:

  • İstifadəçi və tədbir üçün qeydiyyat səhifələri;
  • Vikimedia layihələrində aşağı kolontitullar və sistemdən çıxmış istifadəçilər (müvafiq və texniki cəhətdən mümkün olan hallarda) üçün təsdiqləmə səhifələri;
  • Qəbul edilmiş tərəfdaşların və istifadəçi qruplarının vebsaytlarındakı səhifələr;
  • Nəzərəçarpacaq şəkildə üzbəüz, uzaqdan və hibrid formada əlaqə saxlanmış tədbirlər; və
  • Yerli layihələr, tərəfdaşlar, istifadəçi qrupları və tədbir təşkilatçıları tərəfindən uyğun hesab edilən hər hansı başqa yer

2.2 UCoC üzrə təlim üçün tövsiyələr

U4C Quruculuq Komitəsi Vikimedia Fondunun dəstəyi ilə UCoC üzrə ümumi anlayışla və onun həyata keçirilməsi üçün bacarıqlarla təmin etmək məqsədilə təlim hazırlamalı və onu həyata keçirməlidir. Müvafiq maraqlı tərəflər təlimin hazırlanmasında aşağıdakılarla (bunlarla məhdudlaşmır) məsləhətləşməlidirlər: Tərəfdaşlar, Tərəfdaşlar Komitəsi, Arbitraj komitələri, Stüardlar və digər Geniş İmkanlı Hüquq Sahibləri, Güvən və Təhlükəsizlik Qrupu, hüquq şöbəsi və qanunla icazə verilən, habelə UCoC barədə tam təsəvvürün təmin edilməsi üçün faydalı hesab edilən digərləri.

Bu təlimlər UCoC icra proseslərinin bir hissəsi olmaq, yaxud UCoC barədə məlumatlı olmaq istəyən insanlar üçün nəzərdə tutulmuşdur.

Təlim ümumi məlumatı, zorakılıqların müəyyən edilməsini və dəstəyi, habelə mürəkkəb məhkəmə işləri və apelyasiyaları əhatə edən müstəqil modullarda yer alacaq. İlk U4C qəbuletmə prosesini keçdikdən sonra o, təlim modullarını işlək vəziyyətdə saxlanması və zəruri olduğu halda yenilənməsi üçün məsuliyyət daşıyacaq.

Asan giriş üçün təlim modulları müxtəlif formatlarda və platformalarda mövcud olacaq. Təlimin öz icmaları səviyyəsində təmin edilməsini istəyən yerli icmalar və Vikimedia Tərəfdaşları təlimi həyata keçirmək üçün Vikimedia Fondundan maliyyə dəstəyi alacaqlar. Bura tərcümələr üçün dəstək də daxildir.

Biz tövsiyə edirik ki, modulu bitirən iştirakçıların elə seçim imkanı olsun ki, ictimaiyyət təlimi bitirdiklərindən xəbərdar olsun.

Aşağıdakı təlim paketləri təklif olunur:

A Modulu - Oriyentasiya (UCoC - Ümumi)

  • UCoC barədə ümumi anlayışları və onun həyata keçirilməsini təmin etməyə kömək edir
  • UCoC-un və onun gözlənilən icrasının nə olduğunu, eləcə də pozulmalar barədə məlumat vermək üçün hansı vasitələrin mövcud olduğunu qısa şəkildə izah edir

B Modulu - Müəyyənləşdirmə və Məlumat Vermə (UCoC - Pozulmalar)

  • İnsanlara UCoC pozulmalarını müəyyən etmək, məlumatlandırma proseslərini başa düşmək və məlumatlandırma vasitələrindən istifadə qaydalarını öyrənmək bacarıqlarını aşılayır
  • Pozulma növlərinə, məlumat verilə biləcək halların müəyyənləşdirilmə qaydasına, məlumatların necə və harada verilməli olduğuna, habelə UCoC prosesləri üzrə halların optimal şəkildə idarə edilməsinə aydınlıq gətirir
  • Təlim, həmçinin diqqəti UCoC-un incidilmə və vəzifədən sui-istifadə kimi xüsusi hissələrinə yönəldəcək (müvafiq hallarda)

C Modulları - Mürəkkəb işlər, Appelyasiya şikayətləri (UCoC - Çoxsaylı pozulmalar, Appelyasiya şikayətləri)

  • Bu modullar U4C-yə qoşulmaq üçün çıxış nöqtəsidir və onlar U4C-un potensial namizədləri, eləcə də, geniş imkanlı hüquq sahibləri üçün tövsiyə edilir
  • Bu modul iki xüsusi mövzunu əhatə etməlidir:
    • C1- Mürəkkəb işlərin idarə edilməsi (UCoC - Çoxsaylı pozulmalar): Bu, çarpaz-viki, uzunmüddətli incidilmə, təhdidlərin mümkünlüyünün müəyyənləşdirilməsi, səmərəli və məxfi əlaqələr, zərərçəkən və müdafiəyə ehtiyacı olan digər insanların təhlükəsizliyinin təmin edilməsi hallarını əhatə edir
    • C2 - Appelyasiya şikayətlərinin idarə edilməsi, məhkəmə işlərinin bağlanması (UCoC - Appelyasiya şikayətləri): UCoC apelyasiyalarının nəzərdən keçirilməsini əhatə edir
  • Bu modullar U4C üzvləri və müraciətçiləri, habelə Daxili Şəxsi Məlumat Ssiyasətinə giriş imkanı olan, icma tərəfindən seçilmiş fəallar üçün təlimçi rəhbərliyi altında verilən fərdi təlimlər olacaq
  • Mümkün olduqda ayrı-ayrı modullar, slaydlar, suallar və s. kimi təlimçi rəhbərliyi altında keçirilən bu təlimlər üzrə materiallar ictimaiyyət üçün əlçatan olacaq

3. Həssas iş

Bu bölmə UCoC pozulmaları barədə məlumatların işlənməsi üçün təlimat və prinsiplərin, habelə UCoC pozulmalarını nəzərdən keçirən yerli icra qurumları üçün tövsiyələrin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə, bu bölmədə verilən məlumatların işlənməsi üçün önəmli prinsiplər, məlumatlandırma vasitəsinin yaradılması üçün tövsiyələr, müxtəlif səviyyəli pozulmalar üçün təklif edilən icbari tədbirlər və yerli hüquq-mühafizə orqanları üçün tövsiyələr barədə ətraflı məlumat veriləcək.

3.1 UCoC pozulmaları ilə bağlı müraciət edilməsi və onların işlənməsi

Aşağıdakı prinsiplər Hərəkatın hesabat sistemləri üçün olan standartlardır.

Məlumatların verilməsi:

  • UCoC pozulmaları barədə pozulmanın hədəfi olan şəxsin və hadisəni izləmiş, hadisə ilə əlaqəsi olmayan üçüncü tərəfin məlumat verməsi mümkün olmalıdır
  • Verilən məlumatlar UCoC pozulmalarının onlayn, oflayn, üçüncü tərəfin məkanında, yaxud qarışıq məkanlarda baş verməsindən asılı olmayaraq, həmin pozulmaları əhatə etməlidir
  • Məlumatların açıq şəkildə və ya fərqli məxfilik səviyyələrinə uyğun olaraq verilməsi mümkün olmalıdır
  • Risk və qanunauyğunluğun lazımi qaydada qiymətləndirilməsi üçün ittihamların doğruluğunun və yoxlanmasının mümkünlüyü araşdırılacaq
  • Davamlı olaraq düzgün olmayan və ya əsassız məlumatlar göndərən istifadəçilər məlumat vermə güzəştlərinin itirilməsi riskinə məruz qalırlar
  • İttiham olunan şəxslərin qeyd edilən pozulmalar üzrə məlumatın təfərrüatlarını nəzərdən keçirmək imkanı olmalıdır (bu cür nəzərdən keçirmə, məlumat verən şəxsin və ya başqalarının təhlükəsizliyi üçün risk təşkil etməyəcəyi və ya onlara zərər verməyəcəyi halda)
  • Verilən məlumatlar müəyyən edilmiş şəxslərin danışmadığı dillərdə olduğu halda, tərcümə üçün resurslar Vikimedia Fondu tərəfindən təmin edilməlidir

Pozulmaların işlənməsi:

  • İşin nəticələri pozulmanın ciddiliyinə mütənasib olmalıdır
  • İşlərə UCoC prinsiplərinə uyğun olaraq kontekstdən istifadə etməklə məlumatlı olaraq baxılmalıdır
  • İşlər müvafiq müddət ərzində həll edilməli, müddət uzadıldıqda isə iştirakçılar vaxtında yenilənmələr ilə təmin edilməlidirlər

Şəffaflıq:

  • Mümkün olduqda, UCoC pozuntusunu araşdıran komanda ictimaiyyət üçün açıq olmayan işlərdə məxfiliyi və təhlükəsizliyi qoruyaraq həmin işlərin ictimai arxivini təmin edəcək
  • Vikimedia Fondu minimal məlumatların toplanması və məxfiliyə hörmət prinsiplərinə riayət etməklə 3.2 saylı bölmədə təklif olunan mərkəzi hesabat vasitəsinin istifadəsi ilə bağlı əsas statistik məlumatları dərc edəcək.
    • UCoC pozuntularını araşdıran digər qruplara minimal məlumatların toplanması və məxfiliyə hörmət prinsiplərinə riayət etməklə UCoC pozuntuları haqqında əsas statistik məlumatları təqdim etmək və bacardıqca hesabat vermək tövsiyə edilir

3.1.1 İşlərin nəzərdən keçirilməsi üçün resursların təmin edilməsi

UCoC-un yerli hökumət orqanları tərəfindən icra edilməsi çoxsaylı yollarla dəstəklənəcək. İcmalar aşağıda göstərilənlər kimi bir neçə amilə əsaslanan müxtəlif mexanizm və ya yanaşmalar arasında seçim edə biləcəklər: onların icra qurumlarının imkanları, idarəetməyə yanaşma və icmanın prioritetləri. Bu yanaşmaların bəzisi özündə aşağıdakıları ehtiva edə bilər:

  • Xüsusi Vikimedia layihəsi üçün Arbitraj Komitəsi (ArbCom)
  • Çox sayda Vikimedia layihəsi arasında paylaşılan ArbCom
  • İdarəetmənin paylanması yanaşması çərçivəsində UCoC-a uyğun olaraq, geniş imkanlı hüquq sahiblərinin yerli siyasətlərə əməl edilməsinin təmin edilməsi
  • Yerli inzibatçılar qrupunun siyasətlərə əməl edilməsini təmin etməsi
  • İcma müzakirələri və razılaşma yolu ilə yerli siyasətlərə əməl edilməsinin yerli iştirakçılar tərəfindən təmin edilməsi

İcmalar icranın təmin edilməsinə UCoC-la ziddiyət təşkil etməyən mövcud vasitələrlə davam etməlidirlər.

3.1.2 Pozulmanın növünə görə icranın təmin edilməsi

Bu bölmədə müxtəlif növ pozulmaların natamam siyahısı, habelə onunla əlaqəli potensial icranın təmin edilməsi mexanizminin təfərrüatları qeyd edilir.

  • Hər hansı fiziki zorakılıq təhdidi ilə əlaqəli olan pozulmalar
    • Vikimedia Güvən və Təhlükəsizlik komandası tərəfindən nəzərdən keçirilir
  • Məhkəmə işi və ya hüquqi məsuliyyətə cəlb etmə təhdidləri ilə əlaqəli olan pozulmalar
    • İşlər tez bir zamanda Vikimedia Fondunun Hüquqşünaslar qrupuna, yaxud uyğun olduğu halda, təhdidləri lazımi qaydada qiymətləndirə biləcək başqa mütəxəsislərə göndərilməlidir
  • Şəxsiyyəti müəyyən edən məlumatların razılıq olmadan açıqlanması ilə əlaqəli pozulmalar
    • Adətən nəzarət və ya qadağan etmə icazələri olan istifadəçilər tərəfindən nəzərdən keçirilir
    • Bəzən Güvən və Təhlükəsizlik tərəfindən nəzərdən keçirilir
    • Bu növ pozulma hüquqi öhdəliyin tətbiq edilməsini tələb etdiyi halda, Vikimedia Fondunun Hüquqşünaslar komandasına, yaxud uyğun olduğu halda, işi lazımi qaydada qiymətləndirə biləcək başqa mütəxəsislərə göndərilmiş olanlar
  • Tərəfdaş idarəetməsi ilə bağlı pozulmalar
    • Tərəfdaşlar Komitəsi və ya müvafiq orqan tərəfindən nəzərdən keçirilənlər
  • Texniki məkanlarda pozulmalar
    • Davranış komitəsinin Texniki kodeksi ilə nəzərdən keçirilir
  • UCoC-a sistematik olaraq riayət edilməməsi
    • U4C tərəfindən nəzərdən keçirilir
    • Bəzi sistematik riayət edilməmə nümunələri:
      • UCoC-a riayət edilməsinin təmin edilməsi üçün yerli imkanların olmaması
      • UCoC ilə ziddiyət təşkil edən müvafiq yerli qərarlar
      • UCoC-a riayət edilməsini təmin etməkdən imtina edilməsi
      • Problemləri həll etmək üçün resursların və ya istəyin olmaması
  • Viki məkanında UCoC pozulmaları
    • Çox sayda vikidə baş verən UCoC pozulmaları: Qlobal sistem operatorları və stüardlar, habelə tək viki UCoC pozulmalarını nəzərdən keçirən orqanlar və ya U4C tərəfindən idarə edilənlər (bu qaydalarla ziddiyyət təşkil etmədiyi halda);
    • Tək vikidə baş verən UCoC pozulmaları: Mövcud qaydalara əsasən, mövcud icra strukturları tərəfindən idarə edilənlər (bu qaydalarla ziddiyyət təşkil etmədiyi halda)
  • Qeyri-viki məkanında pozulmalar
    • Yerli idarəetmə strukturu (məs. ArbCom) mövcud olmayan yerlərdə U4C tərəfindən və ya iş icra strukturlarına aid aid olduğu halda onlar tərəfindən nəzərdən keçirilirlər (əks halda onlar məsuliyyət daşıyırlar)
    • Bəzi hallarda, viki məkanından kənar pozulmalar barədə müvafiq məkanın icra strukturlarına məlumat verilməsi məqsədəuyğun ola bilər. Bu, mövcud olan yerli və qlobal riayət etmənin təmin edilməsi mexanizmlərinin verilən məlumatlar üzərində işləməsinə mane olmur
  • Üzbəüz tədbir və məkanlarda pozulmalar
    • Mövcud icra strukturlarına çox vaxt vikidən kənar məkanlarda davranış qaydalarını və qanunlara əməl edilməsini təmin edirlər. Bunlara dostcasına məkan paylaşma siyasərləri və konfrans qaydaları daxildir
    • Bu işləri nəzərdən keçirən icra strukturlarına onları U4C-yə yönləndirə bilərlər
    • Vikimedia Fondu tərəfindən həyata keçirilən tədbirlərlə əlaqəli olaraq, Güvən və Təhlükəsizlik tədbir siyasətinə əməl edilməsini təmin edir

3.2 Məlumat vermə vasitəsi üçün tövsiyələr

UCoC pozulmaları üçün mərkəzləşdirilmiş məlumatvermə və emal vasitəsi Vikimedia Fondu tərəfindən inkişaf etdiriləcək və işlək vəziyyətdə saxlanacaq. Bu vasitənin köməyilə məlumatların MediaViki vasitəsilə verilməsi mümkün olacaq. Məqsəd UCoC pozulmaları barədə məlumat verilməsi və onların işlənməsində texniki baryeri kiçiltməkdir.

Verilən məlumatlara müvafiq faydalı məlumatlar daxil olmalı və ya bu məlumatlar mövcud işin sənədlərini təmin etməlidirlər. Məlumatvermə interfeysi məlumat verənə imkan verməlidir ki, təfərrüatları həmin konkret işin işlənməsi üçün məsuliyyət daşıyan şəxsə çatdıra bilsin. Buna aşağıdakı məlumatlar daxildir (lakin bunlarla məhdudlaşmır):

  • Barəsində məlumat verilən davranış UCoC-u necə pozur
  • UCoC-un bu pozulmasından kim və ya nə zərər görmüşdür
  • Hadisə(lər)in baş vermə tarixi və vaxtı
  • Hadisə(lər)in baş verdiyi yer(lər)
  • Hüquqları təmin edən qrupların məsələni ən yaxşı şəkildə nəzərdən keçirməsinə imkan verən digər məlumatlar

Vasitə asan istifadə, məxfilik və təhlükəsizlik, işlənmədə geniş imkanlara malik olma və şəffaflıq prinsiplərinə prinsiplərinə uyğun olaraq işləməlidir.

UCoC-a əməl edilməsini təmin etmək vəzifəsi olan şəxslərin bu vasitədən istifadə etmələri tələb olunmur. Onlar işlərin asan istifadə, məxfilik və təhlükəsizlik, işlənmədə geniş imkanlara malik olma və şəffaflıq prinsiplərinə uyğun olaraq nəzərdən keçirildiyi müddətcə özləri uyğun gördükləri istənilən alətlə işləməyə davam edə bilərlər.

3.3 İcra strukturları üçün prinsiplər və tövsiyələr

Mümkün olan hallarda, biz mövcud icra strukturlarının UCoC pozulmaları barədə məlumatların alınması və onların nəzərdən keçirilməsi ilə bağlı məsuliyyəti burada qeyd edilən təlimatlara uyğun olaraq öz üzərinə götürmələrini tövsiyə edirik. Hərəkat çərçivəsində UCoC-a əməl olunmasının təmin edilməsi müvafiq qaydada qaldığından əmin olmaq üçün biz UCoC pozulmalarını nəzərdən keçirərkən aşağıda verilən əsas prinsiplərin tətbiq edilməsini tövsiyə edirik.

3.3.1 Proses zamanı ədalətlilik

Biz icra strukturlarının maraqların toqquşması üzrə dəstəkləyici siyasətlərin hazırlanması və saxlanılmasını tövsiyə edirik. Bunlar inzibatçı və ya başqalarına, verilən məlumatlar problemlə sıx bağlı olduğu halda onlardan nə zaman əl çəkməli olduqlarını müəyyən etməyə kömək edəcək.

Bütün tərəflərin əsasən məsələlər və sübutlar haqqında öz perspektivlərini təqdim etmək imkanı olacaq və daha çox məlumat, perspektiv və kontekst təmin etmək üçün başqalarının rəyi də təklif oluna bilər. Bu, məxfiliyi və təhlükəsizliyi qorumaq üçün məhdudlaşdırıla bilər

3.3.2 Prosesin şəffaflığı

U4C 4.1-də müəyyən edildiyi kimi öz məqsədi və əhatə dairəsinə uyğun olaraq, UCoC–un tətbiq edilməsi üzrə fəaliyyətlərin səmərəliliyi və bu fəaliyyətərin hərəkat çərçivəsində adi pozulmalarla əlaqəsi ilə bağlı sənədləri təmin etməlidir. Bu araşdırmanın aparılması üçün onlar Vikimedia Fondu tərəfindən dəstəklənməlidir. Bu sənədlərin hədəfi icra strukturlarına UCoC-a əməl olunmasının təmin edilməsi üçün ən yaxşı təcrübələrin inkişaf etdirilməsində kömək etməkdir

Mümkün olduqda, Vikimedia layihələri və tərəfdaşları UCoC siyasəti mətninə uyğun olaraq siyasətlər və icra etmə mexanizmlərini təsvir edən səhifələri müvafiq vəziyyətdə saxlamalıdırlar. UCoC siyasəti mətni ilə ziddiyət təşkil edən mövcud təlimat və ya siyasətləri olan layihə və tərəfdaşlar qlobal icma standartlarına uyğunluğu təmin etmək üçün dəyişiklikləri müzakirə etməlidirlər. Yeni yerli siyasətlərin yenilənməsi və ya yaradılması UCoC-la ziddiyət təşkil etməyəcək şəkildə həyata keçirilməlidir. Layihələr və tərəfdaşlar U4C-dan gözlənilən yeni siyasət və ya təlimatlar barədə məsləhət istəyə bilərlər

Üçüncü tərəf platformalarında (məs. Discord, Teleqram, və s.) baş tutan Vikimediaya aid danışıqlara Vikimedianın İstifadə şərtləri tətbiq edilməyə bilər. Onlar həmin konkret veb-saytın İstifadə şərtləri və davranış siyasətləri ilə əhatə edilir. Buna baxmayaraq, üçüncü tərəf platformaları ilə əlaqəli məkanda Vikimediaçıların davranışı UCoC pozuntularına dair məlumatlarda sübut kimi qəbul edilə bilər. Biz üçüncü tərəf platformalarında Vikimedia ilə əlaqəli bölmələri idarə edən Vikimedia icmasının üzvlərinə UCoC-a hörməti öz siyasətlərinə daxil etməyi tövsiyə edirik. Vikimedia Fondu bu cür üçüncü tərəf platformaları ilə əməkdaşlıq etməyə (mümkün olduqda) çalışmalı və onları viki münaqişələrinin davam etməsinə mane olan qaydaları öz məkanlarına əlavə etməyə təşviq etməlidir.

3.3.3 Appelyasiya şikayətləri

Geniş hüquqlara malik olan ayrı-ayrı şəxslərin törətdiyi əmələ U4C-la bərabər yerli və ya ortaq icra strukturlarında yenidən baxılması mümkün olacaq. Bu cür icra strukturları mövcud olmadığı halda U4C-yə müraciətə icazə verilir. Bu qaydalarla birlikdə, yerli icmalar geniş imkanlı hüquqlara malik olan şəxslərə mürəciətlərə də imkan verə bilərlər.

İcra strukturları müvafiq məzmunlu məlumata və yüngülləşdirici amillərə əsaslanan apelyasiya şikayətlərini qəbul etmək və nəzərə almaq üçün standartlar təyin edəcək. Bu amillərə aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır): təqsirləndirmələrin yoxlanmasının mümkünlüyü, sanksiyanın müddəti və təsiri, habelə vəzifədən sui-istifadə və ya digər sistematik problemlərlə bağlı şübhənin olub-olmaması, eləcə də gələcək pozulmaların baş verməsi ehtimalı. Apelyasiya şikayətinin qəbul ediləcəyinə zəmanət verilmir.

Vikimedia Fondunun Hüquq Şöbəsi tərəfindən qəbul edilmiş bəzi qərarlara qarşı apelyasiya şikayətinin verilməsi mümkün deyildir. Bununla belə, Vikimedia Fondu ofisinin bəzi əməlləri və qərarları İşə Baxış Komitəsi tərəfindən nəzərdən keçirilə bilər. Qanuni tələblər fərqli olarsa, xüsusilə ofisin əməlləri və qərarları barədə apelyasiya şikayətlərinin verilməsi üzrə məhdudiyyət bəzi yurisdiksiyalarda tətbiq olunmaya bilər.

İcra strukturları appelyasiya şikayəti üzrə vəsatəti təmin və ya rədd etmək üçün bir əsas olaraq, işlərlə bağlı əsaslı məlumatlar əldə etməyə çalışmalıdırlar. Məlumatlar əlaqədar insanların məxfiliyi və qərar qəbul etmə prosesi baxımından ehtiyatla araşdırılmalıdır.

Buna nail olmaq üçün biz hüquq-mühafizə orqanlarına, appelyasiya şikayətlərinə baxarkən icra strukturlarının müxtəlif amilləri nəzərə almalarını tövsiyə edirik. Bunlara aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

  • Pozulmanın səbəb olduğu ağırlıq və zərər
  • Pozulmaların tarixçələri
  • Barəsində appelyasiya şikayətləri verilmiş sanksiyaların ağırlığı
  • Pozulmadan sonra keçən müddət
  • Əlaqədar pozulmanın təhlili
  • Mümkün ola biləcək vəzifədən sui-istifadə və ya sistematik problem barədə şübhələr

4. UCoC Koordinasiya komitəsi (U4C)

Universal Davranış Kodeksi üzrə Koordinasiya komitəsi (U4C) adlanan yeni qlobal komitə formalaşdırılacaq. Bu komitə digər yüksəksəviyyəli qərar qəbul etmə orqanları (məs. ArbComs və AffCom) ilə bərabərhüquqlu orqan olacaq. Onun məqsədi yerli qrupların UCoC-a riayət etməyin təmin edilməsində sistematik çatışmazlıqları olduğu halda, son resurs kimi xidmət etməkdir. U4C üzvlüyü qlobal icmamızın qlobal və müxtəliflik strukturlarını əks etdirməlidir

4.1 Məqsədi və əhatə dairəsi

U4C UCoC pozulmaları ilə bağlı verilən məlumatları yoxlayır və lazım olduqda, əlavə araşdırmalar aparmaqla yanaşı, tədbirlər də görə bilər. U4C UCoC-a əməl olunmasının təmin edilmə durumunu müntəzəm olaraq yoxlayacaq və qiymətləndirəcək. O, UCoC, Vikimedia Fondu üçün UCoC İcra Təlimatları ilə bağlı və icmanın nəzərə alması üçün uyğun dəyişikliklər təklif edə bilər, ancaq sənədlərin heç birinə özü dəyişiklik edə bilməz. Zəruri olduğu halda, U4C işlərin nəzərdən keçirilməsində Vikimedia Fonduna kömək edəcək.

U4C:

  • Şikayətlər və appelyasiya şikayətləri İcra Təlimatlarında yer aldıqları halda, onları nəzərdən keçirir
  • Adı keçən şikayət və appelyasiya şikayətlərini həll etmək üçün zəruri olan istənilən təhqiqatı həyata keçirir
  • İcmaları UCoC üzrə ən yaxşı təcrübələr üçün resurslarla (lazım olduqda, məcburi təlim materialı və digər resurslar) təmin edir
  • İcma üzvləri və icra strukturları orqanları ilə əməkdaşlıq edərək, UCoC İcra Təlimatları və ehtiyac olarsa, UCoC-un yekun izahını təmin edir
  • UCoC-a əməl olunmasının təmin edilməsinin səmərəliliyini yoxlayır və qiymətləndirir, habelə təkmilləşdirilməsi üçün tövsiyələr verir

U4C əsasən UCoC, yaxud ona əməl olunmasının təmin edilməsi üzrə pozulmaların yer almadığı işləri götürmür. U4C ciddi sistematik problemlərin olduğu hallar istisna olmaqla, son qərar qəbul etmə səlahiyyətini həvalə edə bilər. U4C-nin məsuliyyət sahələri 3.1.2-də digər icra strukturları orqanları ilə eyni kontekstdə izah edilmişdir.

4.2 Seçim, üzvlük və rollar

Qlobal icma tərəfindən təşkil edilən illik seçkilərdə səsvermə hüququna malik olan üzvlər seçiləcək. Aşağıdakı şərtlərə də cavab verən istənilən icma üzvü namizəd ola bilər:

  • Vikimedia Fondunun məxfi şəxsi məlumatlara giriş meyarlarına cavab verən və seçki ilə bağlı çıxışında meyarlara tamamilə uyğun gələcəyini təsdiqləyən
  • Hazırda hər hansı Vikimedia layihəsində sanksiyaya məruz qalmamış olan və ya tədbir qadağası olmayan
  • UCoC-a riayət edən
  • Seçki prosesi zamanı müəyyən edilən digər hər hansı tələblərə cavab verən

Müstəsna hallarda, istefalar və ya fəaliyyətsizliyin əlavə üzvlər üçün dərhal ehtiyaca səbəb olduğunu müəyyən edərsə, U4C aralıq seçkilər təyin edə bilər. Seçkilər illik müntəzəm seçkilərin formatına bənzər formatda keçiriləcək.

U4C-nin ayrı-ayrı üzvləri digər vəzifələrindən (məs. yerli inzibatçı, ArbCom-un üzvü, tədbir təhlükəsizliyi koordinatoru) istefa etməli deyillər. Bununla belə, onlar digər vəzifələri ilə əlaqədar olaraq birbaşa cəlb olunduqları məsələlərin işlənməsində iştirak edə bilməzlər. Məxfi məlumatlara giriş əldə edə bilmək üçün U4C üzvləri Məxfi Şəxsi Məlumatlara giriş icazəsini imzalayacaqlar. U4C Quruculuq komitəsi U4C üzvləri üçün müvafiq şərtləri müəyyən etməlidir.

U4C lazım olduğu halda, xüsusi tapşırıqlar və ya rollar üçün alt komitələr yarada və ya ayrı-ayrı şəxslər təyin edə bilər.

Vikimedia Fondu U4C-yə ikiyə qədər səsvermə hüququ olmayan üzv təyin edə bilər, lazım və uyğun olduğu halda dəstək əməkdaşları təmin edəcək.

4.3 Prosedurlar

U4C hansı tezliklə toplaşmaq və digər iş prosedurları ilə bağlı qərar verəcək. U4C prosedurlar yarada və ya onlara düzəlişlər edə bilər (prosedurlar U4C-nin əhatə dairəsində olduğu müddətcə). Mümkün olduğu halda, Komitə nəzərdə tutulan dəyişiklikləri həyata keçirmədən öncə icmanın onlarla bağlı rəyini istəyə bilər.

4.4 Siyasət və presedent

U4C yeni siyasət yaratmır və UCoC-a düzəlişlər və ya dəyişiklik edə bilməz. Bunun yerinə, U4C UCoC-u, onun əhatə dairəsi ilə müəyyən edildiyi kimi tətbiq edir və ona əməl olunmasını təmin edir.

İcma siyasətləri, təlimatları və normativləri vaxt keçdikcə dəyişikliyə uğradığı üçün əvvəlki qərarlar yalnız hazırkı kontekstə uyğun gəldiyi şəkildə diqqətə alınacaq.

4.5 U4C Quruculuq Komitəsi

UCoC İcra təlimatlarının ratifikasiyasına uyğun olaraq, Vikimedia Fondu Quruculuq Komitəsinə aşağıdakılarla bağlı kömək edəcək:

  • Prosedur və siyasətin müəyyən edilməsi və U4C üçün presedentin istifadəsi
  • U4C prosesinin qalan hissəsinin planının hazırlanması
  • U4C-ni yaratmaq üçün zəruri olan digər təşkilati işlərin müəyyən edilməsi
  • U4C üçün ilkin seçki prosedurlarının asanlaşdırılmasında kömək edilməsi

Quruculuq Komitəsi könüllü icma üzvləri, tərəfdaş əməkdaşları və ya şura üzvləri və Vikimedia Fondunun əməkdaşlarından ibarət olmalıdır.

Üzvlər Vikimedia Fondunun İcma Dayanıqlığı və Davamlılıq üzrə vitse-prezidenti tərəfindən seçiləcək. Komitənin könüllü üzvləri hörmətli icma üzvləri olmalıdır.

Üzvlər hərəkatın icra proseslərinin müxtəlif perspektivlərini aşağıdakı kimi (lakin bunlarla məhdudlaşmayaraq) təcrübə ilə əks etdirməlidirlər: siyasətin hazırlanması, Vikimedia layihələrində mövcud qayda və siyasətlərin tətbiqində iştirak və məlumatlılıq, habelə iştirakçı qərarların qəbulu. Onun üzvləri hərəkatın müxtəlifliyini əks etdirməlidir, məsələn: danışılan dillər, cins, yaş, coğrafiya və layihə növü.

U4C Quruculuq Komitəsi bu sənədin ratifikasiyasına bənzər şəkildə ya Qlobal Şura, yaxud icma prosesi tərəfindən ratifikasiya ediləcək. Bu Quruculuq Komitəsinin işi vasitəsilə U4C-nin yaradılmasından sonra Quruculuq Komitəsi fəaliyyətini dayandırmalıdır.

5. Lüğət

Administrasiya (sysop və ya admin)
Meta-da tərif-ə baxın.
Qabaqcıl hüquq sahibi
tipik redaktə icazələrindən yuxarı inzibati hüquqlara malik olan və ümumiyyətlə icma prosesləri vasitəsilə seçilən və ya Arbitraj Komitələri tərəfindən təyin edilən istifadəçi. Buraya daxildir, əhatəli olmayan siyahı kimi: yerli inzibatçılar / idarəçilər, funksionerlər, qlobal inzibatçılar, stüardlar.
Tərəfdaşlar Komitəsi və ya Affcom
Meta-da açıqlamasına baxın.
Arbitraj Komitəsi və ya ArbCom
bəzi mübahisəli məsələlər üçün son qərar verən qrup olaraq xidmət göstərən etibarlı istifadəçilər qrupu. Hər bir ArbCom-un əhatə dairəsi onun icması tərəfindən müəyyən edilir. ArbCom birdən çox layihəyə (məs. Vikixəbər və Vikisəyahət) və/və ya birdən çox dilə xidmət edə bilər. Bu təlimatların məqsədlərinə uyğun olaraq, bura Vikimedia texniki məkanları və inzibati qruplar üçün Davranış Kodeksi Komitəsi daxildir. Həmçinin Metadakı açıqlamasına baxın.
Bağlayıcı fellər
İcra Təlimatlarının layihəsini hazırlayarkən layihə komitəsi 'yaratmaq', 'inkişaf etmək', 'məcbur etmək', 'məcburi', 'istehsal etmək', 'məcbur etmək' və 'iradə' sözlərini məcburi hesab etmişdir. Bunu tövsiyə felləri ilə müqayisə edin.
İşə Baxış Komitəsi
Metadakı tərifinə baxın..
İcma
Layihənin icmasına istinad edir. Layihənin icması tərəfindən qəbul edilən qərarlar ümumiyyətlə konsensusla müəyyən edilir. Həmçinin bax: Layihə.
Cross-wiki
Birdən çox layihəyə təsir edən və ya baş verən. Həmçinin bax: Qlobal.
Tədbir təhlükəsizliyi üzrə koordinator
şəxsən Vikimedia ilə əlaqəli tədbirin təşkilatçıları tərəfindən həmin tədbirin təhlükəsizliyi və təhlükəsizliyinə cavabdeh olaraq təyin edilmiş şəxs.

Qlobal: Bütün Vikimedia layihələrinə aiddir. Vikimedia hərəkatında «qlobal» Hərəkat üzrə idarəetmə qurumlarına istinad edən jarqon termindir. Ondan adətən «yerli» termininin antonimi kimi istifadə edilir.

Qlobal sistem operatorları: Metadakı tərifinə baxın.

Yüksəksəviyyəli qərar qəbul edən orqan
Apelyasiya şikayətinə baxan sonuncu qrup (məs. U4C, ArbCom, Affcom). Müxtəlif problemlər üçün yüksəksəviyyəli qərar qəbul edən müxtəlif orqanlar ola bilər. Bu terminə bildiriş panelində təşkil edilmiş və qərarla nəticələnən müzakirədə iştirak edən iştirakçılar qrupu aid deyildir (hətta həmin müzakirənin nəticələri ilə bağlı apelyasiya şikayətinin verilməsi mümkün olmasa belə).
Yerli
Tək Vikimedia layihəsinə, tərəfdaşa, yaxud təşkilata aiddir. Bu termin adətən vəziyyətin tələblərinə uyğun olan ən kiçik və ən yaxın idarəetmə orqanını bildirir.
Qeyri-viki
Ümumi olaraq sahibi Vikimedia Fondu olmayan (hətta Vikimedia icması üzvləri burada olsalar və məkanlardan fəal şəkildə istifadə etsələr belə) onlayn məkanları bildirir. Qeyri-viki məkan nümunələrinə Twitter, Whatsapp, İRC, Teleqram, Discord və digərləri aiddir.
Şəxsiyyəti müəyyənləşdirən məlumat
potensial olaraq konkret şəxsi müəyyən edən istənilən məlumatdır. Bir şəxsi digərindən fərqləndirmək və bundan əvvəl anonim olan məlumatın anonimliyini aradan qaldırmaq üçün istifadə edilən məlumat ŞMM hesab edilir.
Layihə (Vikimedia layihəsi)
VMF tərəfindən idarə edilən viki.
Tövsiyə felləri
İcra Təlimatlarını hazırlayarkən tərtibat komitəsi "təşviq etmək", "ola bilər", "təklif etmək", "tövsiyə etmək" və "olmalıdır" sözlərini tövsiyə sözləri kimi qəbul edib. Bunu "bağlayıcı fellər" ilə müqayisə edin.
Üçüncü tərəf platformalarında yer alan müvafiq məkan
Özəl vikilər daxil olmaqla VMF tərəfindən idarə edilməyən, lakin istifadəçilərin Vikimediayaya aid olan layihələr ilə əlaqəli məsələləri müzakirə etdiyi veb-saytlar. Çox vaxt moderatorluğu Vikimedia könüllüləri tərəfindən edilir.
Heyət
Vikimedia hərəkatı təşkilatına təyin edilmiş işçilər və/və ya heyət üzvləri, yaxud işi Vikimedia icmasının üzvləri ilə, yaxud da Vikimedia hərəkat məkanlarında qarşılıqlı əlaqə tələb edən belə bir hərəkat təşkilatının podratçıları (Vikimedia hərəkat fəaliyyətinə həsr olunmuş qeyri-viki platformaları kimi üçüncü tərəf məkanları da daxil olmaqla).
Stüard
Metadakı tərifinə baxın.
Sistematik problemli məsələ və ya çatışmazlıq
Bir neçə şəxsin, xüsusilə geniş imkanlı hüquq sahiblərinin iştirakı ilə Universal Davranış Kodeksinə əməl etməmə nümunəsi olan məsələ.
Vikimedia Fondu Ofisinin Tədbir Siyasəti
Metada tapa biləcəyiniz siyasət və ya ona ekvivalent davamçı siyasət.